ŞƏKİNİN KİŞ KƏNDİNDƏ “KÖRPÜ” ADLI FİLM ÇƏKİLİR
Kinorejissor, AGFİA-nın üzvü, layihənin müəlliflərindən biri Asif Rüstəmov bildirmişdir ki, filmdəki hadisələr Kiş Alban abidəsinin tədqiqi ilə məşğul olan bir amerikalı alimin ətrafında cərəyan edir. Yeni ekran əsərinin başlıca ideyası “İslam terrorizmi”nin səhv anlayış olduğuna yönəldilmişdir. Burada belə bir fikir təbliğ olunur ki, İslam sülhsevər dindir. Terror isə bəzi maraqlı siyasi qrupların sifarişidir.
Layihə çərçivəsində çəkiliş qrupları üçün seminar da təşkil olunmuşdur. Tədbirdə filosoflar Bəhram Qurbanov və Rəhman Bədəlov “Dinlərarası dialoq” mövzusunda məruzələr oxumuşlar.
Filmin ssenari müəllifi və əlaqələndiricisi hollandiyalı kinorejissor Aleksander Blomdur. İranlı rejissor Kərim Əzimi və operator Koruş Fərzanegah, gürcüstanlı rejissor Rusudan Çkoniya da yeni ekran əsərinin çəkilişlərində yaxından iştirak edirlər. Layihənin icraçı direktoru Aynur Mustafayevadır.