“Səmavi və ya onun həyatından dörd saat” Rus Dram Teatrının səhnəsində
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Akademik Rus Dram Teatrının səhnəsində Aleksey Şipanovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında tamaşa təqdim ediləcək. Tamaşa aprelin 8-də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, baş rolu Əməkdar artist Milana Sokolenkonun ifa etdiyi tamaşa monoloq səhnə janrında bir pərdədə səhnələşdirilib.
Adi insan həyatında 4 saat ərzində nəyi çatdırmaq olar? Marina bu vaxt ərzində çox şeyi çatdırıb! Onun şüuraltı hisslərinin bu “təşviqi”nin əsası nə oldu? Tamaşaya gələnlər sevgilisi tərəfindən aldadılan qadının nə hiss etdiyini, nə barədə düşündüyünü və konkret olaraq nə yaşadığını öyrənəcəklər.
Quruluşçu rejissor - Raulya Türkkan, dekorasiya sənətçisi - Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum dizayneri - Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri - Kərim Əsgərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]