SƏMƏD VURĞUNUN XATİRƏSİ YAD EDİLMİŞDİR
Muzeyin baş mühafizi Aybəniz Vəkilova tədbiri açaraq atasını xatırladan eksponatlardan, onların tarixindən, toplanmasından danışmış, burada görülən işlər barədə ətraflı məlumat vermişdir.
Şair Ənvər Əhməd, Qulamrza Təbrizi və başqaları Azərbaycan poeziyasının inkişafında S.Vurğunun əvəzsiz xidmətlərindən danışmış, onun sanballı ədəbi-tənqidi məqalələrindən, peşəkar tərcüməçilik fəaliyyətindən söz açmışlar.
Azərbaycan Dillər Universitetinin müəllimi Məxmər Abdullayeva özünün tərcümə etdiyi “Azərbaycan” şerini fransız dilində oxumuşdur.
Tədbirdə 1994-cü ildən fəaliyyət göstərən “Səməd Vurğun” fondunun keçirdiyi müsabiqənin qaliblərinə- radiojurnalist Gülbəniz Hüseynovaya, tədqiqatçı Şəmistan Nəzirliyə və ədəbiyyatşünas Aslan Salmanova diplomlar və pul mükafatları təqdim olunmuşdur.
Bakıdakı 36 nömrəli orta məktəbin şagirdləri Respublika Gününə həsr edilmiş bədii kompozisiya ilə çıxış etmişlər.
Axırda tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və Səməd Vurğunun xatirəsini yad etmiş, məzarları önünə tər çiçək dəstələri qoymuşlar.