Senat Donald Trampın impiçmentini konstitusion hesab edib
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmenti prosesini konstitusion hesab edib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, impiçmentin konstitusiyaya uyğun olduğuna 56 senator səs verib. Onların 6-sı respublikaçıdır. Senatorların 44-ü isə qərarın əleyhinə çıxıb. Sabiq prezidentə impiçment elan etmək üçün 67 senatorun səsi lazımdır.
Beləliklə, proses davam edir. Növbəti iki gündə tərəflərin hər birinə arqumentlərini Senata təqdim etmələri üçün 16 saat vaxt ayrılacaq. İlk olaraq buna fevralın 10-da ittiham tərəfi başlayacaq.
Xatırladaq ki, Donald Trampa qarşı “Qiyama təhrik” maddəsi üzrə ittiham irəli sürülüb. O, ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki dəfə impiçment qərarı çıxarılmış ilk prezidentdir. Şərhçilərin əksəriyyətinin fikrincə, sabiq dövlət başçısı yenə də bəraət qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]