Seneqallı nümayəndə: COP29-a ev sahibliyi edən Azərbaycandan çox məmnunuq
Bakı, 12 noyabr, AZƏRTAC
Biz bu gün Bakıya COP29 üçün toplaşmışıq. Azərbaycan bir çox qlobal tədbirlər həyata keçirib, lakin bu tədbir iqlimlə bağlı fəaliyyət üzrə böyük qlobal sammitdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn seneqallı nümayəndə Şeyx Fadel Vade deyib.
“Ölkənizin ev sahibliyi çox yaxşıdır. Biz bu il COP29-a ev sahibliyi edən Azərbaycandan çox məmnunuq. Burada bizi çox yaxşı qarşılayırlar”, - deyə o qeyd edib.