SENTYABRIN 15-DƏN BAKI METROPOLİTENİ QIŞ HƏRƏKƏT CƏDVƏLİNƏ KEÇƏCƏKDİR
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov AZƏRTAC-a bildirmişdir ki, metro qış hərəkət cədvəlinə keçməyə tam hazırdır.
Qatarlar arasında intervalın minimuma endirilməsi üçün tədbirlər görülür. Dərs ilinin başlanması ilə əlaqədar Bakı Metropoliteni yeni iş cədvəlinə keçəcək, qatarların sayı artırılacaqdır. Onların arasındakı 3 dəqiqə yarımlıq interval isə azaldılaraq, 2 dəqiqəyə endiriləcəkdir.
Rəis qeyd etmişdir ki, “Elmlər Akademiyası” stansiyasının xidmətindən daha çox sərnişin istifadə etdiyinə görə, buradakı eskalatorların iş sistemində də dəyişiklik olacaqdır. Sentyabrın 15-dən başlayaraq təkcə pik saatlarında yox, bütün gün ərzində hər üç eskalator işləyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]