SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ İLK MEDALLARINI QAZANMIŞLAR
![]() |
![]() |
![]() |
![]() |
66 kiloqram çəki dərəcəsində final qarşılaşması türkiyəli Şahin Ramazanla kubalı Qeandri Qarzon arasında olmuşdur. Türkiyə idmançısı qalib gələrək qızıl medala sahib olmuşdur. Otar Tuşişvili (Gürcüstan) və İrbek Farniev (Rusiya) bürünc medallar qazanmışlar.
74 kiloqram çəki dərəcəsində final görüşündə Rusiya idmançısı Mahac Murtazaliyev Ukrayna təmsilçisi İbrahim Aldatoya qalib gələrək birinci yerə çıxmışdır. Bürünc medal uğrunda qarşılaşmada isə Azərbaycan pəhləvanı Camsulvara Camsulvarayev ABŞ idmançısı Cosep Heskettə üstün gəlmişdir. Kuba təmsilçisi Richard Addinall da üçüncü yeri tutmuşdur.
Günün son görüşləri 84 kiloqramlı güləşçilər arasında olmuşdur. Bu çəki dərəcəsində Rusiya idmançısı Giorgi Ketoev birinci, tacikistanlı Yusup Abdusalamov ikinci, Zaurbek Sokiyev (Özbəkistan) və Rza Yazdani (İran) üçüncü yerləri tutmuşlar.
Qaliblərə medallar və hədiyyələr təqdim edilmişdir.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycanı təmsil edən idmançılar arasında yalnız Fərid Mansurov (66 kq) ölkəmizin idman şərəfini layiqincə qoruya bilmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Bu növdə komanda hesabında Azərbaycan on birinci yeri tutmuşdur.
Sentyabrın 21-də qadınların yarışı başlayacaqdır. Eyni zamanda, kişilər 96, 120 kiloqram çəki dərəcələrində yarışacaqlar.



