Sərbəst güləşçimiz Mircavad Nəbiyev “EYOF Bakı 2019”un bürünc medalını qazanıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Mircavad Nəbiyev iyulun 22-də XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz üçüncü yer uğrunda görüşdə isveçrəli Tomas Fişeri böyük hesabla (10:0) məğlub edərək bürünc medala layiq görülüb. Digər bürünc medala isə polşalı Sebastian İndiçkini eyni hesabla məğlubiyyətə uğradan belaruslu Yahor Rudauski olub.
Bu çəki dərəcəsində yarışın finalında gürcüstanlı Luka Cuqeşaşviliyə qalib gələn rusiyalı Maqomedamin Bekbulatov festivalın çempionu adını qazanıb.