Serbiya Prezidenti litium layihəsinə görə yerli icmalarla görüşəcəyini bildirib
Belqrad, 12 avqust, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç litium hasilatı layihəsinə qarşı nümayişlərə görə yerli icmalarla görüş keçirəcəyini və referendumla bağlı müzakirələrə hazır olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç qarşıdakı iki il ərzində litium ehtiyatları ilə bağlı hər hansı qazıntının aparılmayacağı bildirib.
“Etiraz aksiyalarını təşkil edənlər və müxalifət nümayəndələrini görüşə dəvət etmişdik. Lakin heç kim bizim çağırışımızı qəbul etmədi. Dialoq yolu ilə həllin mümkünlüyünü düşünürəm. Nümayişlər ölkəmiz üçün çox vacib olan demokratik bir mühitdə keçdi. Hər şey demokratik ölkələrdəki kimi oldu”, - deyə Serbiya Prezidenti əlavə edib.
Qeyd edək ki, iki gündür paytaxt Belqradda və digər bölgələrdə litium hasilatı layihəsinə qarşı baş tutan nümayişlərdə 20 mindən çox insan iştirak edib.
Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb. Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb. Dağ-mədən layihəsi Serbiyada vaxtaşırı ekoloji etirazlara səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]