Serbiyada qızmar istilər səbəbindən Rusanda gölü quruyub
Belqrad, 22 iyul, AZƏRTAC
Serbiyada müşahidə olunan anomal istilər səbəbindən ölkənin şimalında, Meneci kəndində yerləşən Rusanda gölü quruyub.
AZƏRTAC xəbər verir ki, duzlu göl ölkənin əsas istirahət yerlərindən biri hesab olunur. İsti bulaqları ilə məşhur olan bu bölgə, həmçinin 200-dən çox quş növünün yaşayış yeridir.
Göldə quruma səviyyəsinin artması və hazırkı son mənzərə yerli sakinlər arasında narahatlığa səbəb olub.
Serbiyanın Səhiyyə İnstitutu qızmar istilərlə əlaqədar 10 bələdiyyədə təhlükəli vəziyyət elan edib. Ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə çatıb, paytaxt Belqradda isə ən isti gün 38,4 dərəcə olmaqla iyulun 16-da qeydə alınıb.
Qeyd edək ki, Qərbi Balkan ölkələrində anomal istilər müşahidə olunur. Bəzi ölkələr meşə yanğınları ilə mübarizə aparır, regionun əksər hissəsində havanın temperaturu 39 dərəcə civarındadır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]