Serbiyalı basketbolçular XV Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti dəfə fərqləniblər
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, kişi basketbolçuların yarışında “A” qrupunda yer alan Xorvatiya və Serbiya komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda serbiyalı basketbolçular 102:57 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, birinci mərhələdə Serbiya millisi Azərbaycanı 77:39 hesabı ilə məğlub edib. Xorvatiya seçməsi isə Fransaya 56:76 hesabı ilə məğlub olub.