Serbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 20 oktyabr, AZƏRTAC Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 20-də Serbiyanın ölkəmizdəki yeni səfiri Neboyşa Rodiç ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, N.Rodiç etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini bildirib. Nazir səfirə yeni diplomatik vəzifəsində uğurlar arzu edib.
Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]