SƏRHƏD NARYADI MİNAYA DÜŞMÜŞDÜR
Partlayış nəticəsində baş leytenant Əli Cəmil oğlu Əliyev, baş leytenant Ceyhun Tahir oğlu Salmanov və əsgər Ramin Qədir oğlu Cəfərov yaralanmış, 2003-cü ilin iyulunda Yevlax, Şəmkir və Xətai Rayon Hərbi komissarlıqlarından hərbi xidmətə çağırılmış Samir Qənimət oğlu Məmmədov, Elxan İman oğlu Abdullayev və Valeh Əhməd oğlu Bağırov hadisə yerində həlak olmuşlar.
Yaralanmış hərbi qulluqçulara Əhmədbəyli hərbi hospitalında ilkin tibbi yardım göstərilmiş, lakin partlayış nəticəsində ağır xəsarət almış əsgər Ramin Qədir oğlu Cəfərovun həyatını xilas etmək mümkün olmamışdır.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır. Araşdırma aparılır.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həlak olmuş hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.