SƏRHƏDYANI RAYONLARDA GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən, prokurorluq və sərhəd xidmətinin əməkdaşları Qazax, Ağstafa və Samux rayonlarının icra hakimiyyətləri və hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə sərhədyanı kəndlərin əhalisi, ağsaqqalları və bələdiyyə sədrləri ilə görüşlər keçirmişlər. “Dövlət sərhədinin mühafizəsi ümumxalq işidir” mövzusunda aparılmış söhbətlərdə dövlət sərhədinin mühafizəsinin əhəmiyyəti və sərhəd qaydalarına ciddi riayət edilməsinin vacibliyi vurğulanmışdır.