“Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihə çərçivəsində beynəlxalq ekspertlərlə onlayn görüş keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), həmçinin Avropa İttifaqının SIGMA proqramının beynəlxalq ekspertləri arasında dövlət qulluğu sistemi üçün səriştə modelinin tətbiqi istiqamətində praktiki fəaliyyətin müzakirə edildiyi onlayn görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə əsasən müsahibələr zamanı yaranan çətinliklər və onların aradan qaldırılmasına dair təkliflər müzakirə edilib, həmçinin müsahibə zamanı ortaya çıxan davranışların səriştələrə uyğunlaşdırılması üzrə praktiki məşğələ təşkil edilib.
Növbəti həftələrdə dövlət qulluğu sistemində səriştə modelinin tətbiqi məqsədilə seçilən pilot layihənin iştirakçı qurumlarında müsahibələrin başlanılması gözlənilir.
Qeyd edək ki, davam edən silsilə görüşlərin məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsidir.
Görüşdə iştirakçılar üçün ingilis-Azərbaycan dili və əksinə tərcümə xidməti təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]