SƏRNİŞİN AVTOBUSLARI VƏ YÜK MAŞINLARI TƏBİİ FƏLAKƏT BÖLGƏSİNƏ CƏLB OLUNMUŞLAR
Bakı, 20 may (AZƏRTAC). Kürətrafı bölgələrdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin müvafiq strukturları və qurumları tərəfindən görülən işlərin həcmi genişləndirilir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, təbii fəlakət zonasında sel sularından əziyyət çəkən əhalinin təhlükəsiz ərazilərə köçürülməsini təmin etmək üçün hər gün orta hesabla 40-45 avtobus prosesə cəlb olunur. Bura həm Bakı şəhərindən göndərilən, həm də “Avtonəqliyyatservis” Departamentinin regional qurumlarından cəlb olunan avtobuslar daxildir. Zəruri hallarda göndərilən avtobusların sayı 60-dək artırılır.
Departamentin xətti ilə, həmçinin fəlakət zonasına yaxın ərazilərdən, hətta Gəncə şəhərindən müxtəlif markalı yük maşınları cəlb edilmişdir. Həmin yük avtomobilləri bəndbərkitmə işlərinin aparılması üçün müxtəlif tikinti materiallarının daşınması ilə məşğuldur.
Bundan əlavə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin regional idarələri də fəlakət zonasına kömək məqsədi ilə yüzlərlə maşın, texnika, həmçinin işçi qüvvəsi ayırmışdır. Ətraf rayonların yol-istismar idarələrinin işçiləri də üçnövbəli iş rejimi ilə bütün proseslərə yardımçı olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]