Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərq-Qərb enerji dəhlizinin 20 illiyi Tbilisidə qeyd olunub

Tbilisi, 16 may, AZƏRTAC

Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisidə Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa KALADZE yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusən də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Sonra Gürcüstanın Baş naziri Georgi KVİRİKAŞVİLİ çıxış etdi.

Baş nazir bildirdi ki, Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni era başladı və Cənubi Qafqazda sabitlik üçün mühüm əsas yarandı. İyirmi ildir ki, biz Bakı-Supsa kəmərinin bəhrəsini görürük. Bu layihənin reallaşması sayəsində Gürcüstan dünya xəritəsindəki yerini və tranzit ölkə funksiyasını yenidən bərpa etdi.

Gürcüstanın Baş naziri dedi: “İyirmi il əvvəl Prezident Heydər Əliyev və Prezident Eduard Şeverdnadze tərəfindən strateji bir qərar qəbul olundu. Bakı-Supsa layihəsinin təməli qoyuldu və bununla da regionumuzda yeni era başlandı. Bu layihə həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu. Bu layihə, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz və Bakı-Tbilisi-Qars dəmiryolu kimi irimiqyaslı layihələrin əsası qoyuldu.

Tədbirdə Azərbaycanın Baş naziri Artur RASİZADƏ çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini, xoş arzularını və salamlarını tədbirin iştirakçılarına çatdıran Baş nazir A.Rasizadə dedi: “Bu gün qeyd etdiyimiz əlamətdar tarix - Azərbaycan neftinin Bakı-Supsa xətti ilə nəqlinə dair görkəmli dövlət xadimləri Heydər Əliyev və Eduard Şevardnadzenin imzaladıqları Sazişin 20-ci ildönümü münasibətilə hamınızı təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı qırılmaz tellərlə bağlayan tarixi dostluq, qardaşlıq, xeyirxah qonşuluq münasibətlərinin dərin kökləri vardır. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan ilə Gürcüstanın münasibətləri daha da yüksələrək strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz indi birlikdə beynəlxalq əhəmiyyətli böyük iqtisadi layihələr həyata keçiririk. Onlardan biri ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur “Əsrin kontraktı” çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan layihəsidir. Yubileyini qeyd etdiyimiz Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir”.

Azərbaycanın və Gürcüstanın iqtisadi-siyasi inkişafında mühüm rol oynayan enerji konsepsiyasının real nəticələrinin həyatımızın bütün sahələrində aşkar göründüyünü vurğulayan Baş nazir bildirdi: “Regionda investisiya qoyuluşu xeyli artıb, insanların rifah halı yüksəlib, şəhərlərin və kəndlərin siması yaxşılığa doğru dəyişib. Ancaq bu layihələrin həyata keçirilməsi heç də asan başa gəlməyib. Azərbaycan Respublikası 25 ildir müharibə şəraitində yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Buna baxmayaraq, Azərbaycan inkişafdan qalmadı. Dahi Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız və ölkəmiz bütün sınaqlardan uğurla çıxdı”.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu sürətli inkişaf yolunu Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdıran Baş nazir Artur Rasizadə dedi: “Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, “Şahdəniz-2” yatağında aşkar olunan zəngin qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP və TAP layihələrinin həyata keçirilməsi Azərbaycanın neft-qaz strategiyasının tərkib hissələridir. Tarixi İpək Yolunun bərpası məqsədilə Uzaq Şərq ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də qarşımızda yeni inkişaf perspektivləri açır. Əminəm ki, həmin layihələr ölkələrimizin və bölgənin iqtisadi, siyasi, mədəni inkişafına, regionda sülhün bərqərar olmasına töhfə verəcəkdir. Bütün bu tarixi işlərin dostlarımızla birgə görülməsi ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirir”.

Sonra Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather çıxış edərək Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışdılar.

Sonda Şərq-Qərb enerji dəhlizinin təməlinin qoyulmasının 20 illiyi münasibətilə tort kəsildi.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Azərbaycan Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Tbilisidəki və Batumidəki diplomatik korpusun nümayəndələri, beynəlxalq şirkətlərin təmsilçiləri iştirak ediblər.

Mərasim iştirakçıları xatirə şəkil çəkdirdilər.

X X X

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstana səfəri başa çatdı.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür