Sərt karantin rejiminin elan edildiyi rayonlardan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bakı, 13 iyul, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejiminin elan olunduğu rayonlardan icazəsiz, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyənləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gələn şəxslər müəyyən edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.