Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərxan Sərxan: Bu gün toy səhnəyə gəlib – MÜSAHİBƏ

Sərxan Sərxan: Bu gün toy səhnəyə gəlib –  MÜSAHİBƏ

Bakı, 7 yanvar, AZƏRTAC

Yeniyetməlik və gənclik mənim həyatımın ən unudulmaz illəridir. Ən gözəl və unudulmaz xatirələrim həmin illərlə bağlıdır. 13-14 yaşım olanda Xəzərin sahilində yaxt-klub var idi, ora avar çəkməyə gedirdim. Sonra maqnitofon və lent yazılarında ispan və italyan estradasını, xüsusilə Tom Cons, Elvis Presli, Canni Merandi, Frenk Sinatra kimi musiqiçiləri dinləyəndən sonra avar çəkməyi gitaraya dəyişdim. Bu barədə atama deyəndə mənimlə heç cür razılaşmadı, çünki mənim ali təhsil almağımı istəyirdi. Evdən küsərək küçələrə, parklara üz tutdum, bütün günü gitara qoltuğumda çalıb-oxuyur, gecələri parklarda qalırdım, - deyə Xalq artisti Sərxan Sərxan AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib.

Onu Azərbaycanda estrada musiqisinə gitaranı gətirən müğənni hesab etmək olar. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini, vokal üzrə Qnesinlər adına Musiqi məktəbini bitirəndən sonra Moskvada və Azərbaycanda Filarmoniyada çalışıb. Yaşıl gözlü sarışın oğlan səhnə fəaliyyətinə başladığı vaxtlardan həm öz musiqiləri, həm də xarici görünüşü ilə çoxlu pərəstişkarlar tapıb.

Estrada mahnılarının istedadlı ifaçısı söhbətinə davam edərək deyib:

-Tale elə gətirib ki, mənim əsas fəaliyyətim Moskva ilə bağlı olub. Orada əsgərlikdə olmuşam, oxumuşam, musiqi yaradıcılığına başlamışam. Yəni, mənim yaradıcılığımın əsas hissəsi sovetlər vaxtına düşüb. Yazdığım musiqilərin də çoxu rus şairlərinin şeirlərinə bəstələnib, məsələn, Yevgeni Yevtuşenkonun, Mixail Taniçin, Nikolay Rubtsovun, Onegin Hacıqasımovun şeirlərinə mahnı bəstələmişəm. Sonralar - ötən əsrin 80-ci illərində Azərbaycan dilində də mahnılar yazmağa başladım. Nəbi Xəzri, Nəriman Həsənzadə, Tofiq Bayram və s. Tədricən repertuarımda Azərbaycan şairlərinin də şeirlərindən ibarət mahnılar yarandı. Ondan sonra Bakıda, rayonlarda da konsertlər verməyə başladım.

-Sərxan müəllim, sizin Moskva ilə Bakı arasında yaşadığınızı demək olarmı?

- Əlbəttə. Əvvəllər Moskvada konsertlərim, çıxışlarım çox olurdu, indi əksinə, Bakıda dəvətlərim, konsertlər, çəkilişlər və digər işlərim daha çox olur, arada Rusiyadan dəvət alanda da ora gedirəm. Mənim həmişə arzum doğma Bakıda yaşamaq olub. Gənclik illərində fikirləşirdim ki, gedib təhsil alım, qurtarandan sonra qayıdım. Təhsilimi başa vurandan sonra dedim ki, bir az işləyim, qayıdaram. Bir az işləyəndən sonra başqa işlər meydana çıxdı, başladım onlarla məşğul olmağa, belə-belə ilişib qaldım. Vaxt da, ömür də gedir axı... Lakin nə qədər orada olsam da, Bakı üçün, burada keçirdiyim günlər, qohumlar, dostlar üçün darıxmışam. İndi şükür ki, vaxtımın çoxu Bakıda keçir.

O, öz yaradıcılıq mətbəxi barədə danışarkən deyib:

-Şübhəsiz ki, ilk növbədə, istedad olmalıdır. Hərçənd ki, mən özümü daha çox ifaçı hesab edirəm. Yazdığım mahnıları isə öz repertuarım üçün bəstələyirəm. Obrazlı çıxmasın, mən özümə bir musiqi aləti kimi baxıram və öz diapazonumu, tembrimi və səs imkanlarımı yaxşı tanıyıram. Əlbəttə, ilk növbədə, musiqi bəstələdiyim mahnının sözü məni cəlb etməlidir. Hər şey sözdən doğur. Bəziləri əvvəl musiqini yazır, sonra ona uyğun ölçüdə söz axtarır və ya şairə həmin ölçüdə mətn yazmağı sifariş verirlər. Mənə elə gəlir ki, bu, şairin imkanlarını məhdudlaşdırır. Əgər operanı götürsək, əvvəl libretto yazılır, sonra onun musiqisi. Məndə elə deyil. Söz məni tutmalı, qəlbimə yatmalı və istədiyim mənaları verməlidir. Təbii ki, sən həmişə düşünürsən, fikirləşirsən. Musiqinin doğulmağının xüsusi resepti yoxdur, o, səni hər yerdə tuta bilər. Mən hiss edəndə ki, mahnı doğulur, yaxud doğulmaq ərəfəsindədir, gəlib gitaranı götürür və ya fortepianonun arxasına keçirəm. Yaradıcılıq təkliyi, tənhalığı sevir. Mən bir dəfə məhrum Toğrul Nərimanbəyova da bu barədə dedim, o da mənim dediklərimi təsdiqlədi.

-Fortepianonun  arxasına keçənə qədər onun yaranmağı, necə doğulmağının özü maraqlıdır...

-Musiqi alətsiz yaranır. Belə demək mümkünsə, melodiya bir sap kimidir, o, beyində yaranan kimi iynəni götürüb saplamaq lazımdır. İynə də musiqi alətidir, onun arxasına keçib beynində doğulanı orada yoxlayırsan ki, alınır, ya yox.

-Azərbaycan estradasının müasir səviyyəsi sizi qane edirmi?

-Azərbaycan estradasının çox istedadlı nümayəndələri var. İstər bəstəkar kimi, istər ifaçı kimi parlaq yaradıcılığı olanlar var. Ancaq indi onların çoxunun qazancı toylardan, şou proqramlardan çıxır. Ona görə də onlar həmin bazarın tələbatına uyğun fəaliyyət göstərməyə məcburdurlar. Təəssüf ki, buna görə də musiqinin səviyyəsi aşağı düşür. Əvvəllər Radio və Televiziya Verilişləri Komitəsində “qara siyahı” var idi, toylara gedən müğənniləri efirə buraxmırdılar. İndi tərsinədir... Bu gün toy səhnəyə gəlib. Mən heç də müğənnilərin toyda oxumasının əleyhinə deyiləm. Moskvada da müğənnilər toylara gedir, ancaq orada bizdəki kimi “üç badam, bir qoz” mahnıları meydan sulamır. Bizim toylarda vaxtın çoxu “çıqqıdıçıqqıdı” mahnılarla keçir.

-Həyat tərziniz, iş rejiminiz necədir?

- Nə vaxt yatmağımdan asılı olmayaraq, saat 6-da, 7-nin yarısında oyanmağa adət etmişəm. Hər səhər bir saata qədər idman edirəm. Düzgün qidalanmaq və çox hərəkət etməyə, piyada gəzməyə çalışıram. Dadlı yeməkləri sevirəm, amma nəfsə hakim olmaq lazımdır. Mütləq səhərlər təmiz su içmək, meyvə şirələri qəbul etməyə üstünlük verirəm. Mümkün qədər ətlə az qidalanmağa çalışıram. Sizə şahidi olduğum bir misal deyim. Almaniyada Moskva mədəniyyəti günlərində iştirak edərkən bir ay Münhen şəhərində qaldıq. Görürdüm ki, böyük bir otelin sahibəsi harasa getmək üçün taksi çağırır. O vaxt bu, mənə bir az qəribə gəldi. Amma indi fikirləşirəm: doğrudan da şəhərdə şəxsi minik maşını nəyə lazımdır? Məgər biz kafeyə gedəndə özümüzlə stul aparırıq? Kafedə əyləşməyə stul da, yeməyə qəlyanaltı da, içməyə şirə də var. Bakıda da, Moskvada da minik avtomobilimi satmışam. Şəhərdə metro da, avtobus da, taksi də var. Mən ağrımayan başıma niyə dəsmal bağlamalıyam? Bunun yağı, benzini, xarab olanda ustaya aparmağı, qaydanı pozanda cərimə ödəməyi, tıxacda qalanda əsəbilərinin pozulmağı var. Axı, bu qədər maşının havaya buraxdığı qaz, tüstü ekologiyanı korlayır, havanı zəhərləyir. İndi hər yerdə ekologiyanı qorumaqdan, yaşıl enerjidən danışırlar. Şəhərdə gör nə qədər nəqliyyat vasitəsi var? Mən sürücü deyiləm ki... Bu işlə məşğul olan var, mən də onun xidmətindən istifadə etməliyəm. Harasa yaxına gedəndə piyada gedirəm, bir az uzaq olanda ictimai nəqliyyatla gedirəm, çox uzaq olanda taksi xidmətlərindən istifadə edirəm.

Məndən olsa, iaşə xidməti də bu cür olmalıdır. Hər məhəllənin, hər küçənin yeməkxanası, kafesi olmalıdır və gedib orada nahar etmək lazımdır. Gör bizim dükan-bazara, marketə getməyə, orada seçim aparmağa, evdə yemək hazırlamağa, yeyəndən sonra boşqabları yumağa nə qədər vaxtımız gedir. Belə şeylərə vaxt sərf etmək səni öz işindən, öz yaradıcılıq sahəndən ayırır axı.

-Yeni konsertə hazırlaşırsınızmı?

-Sonuncu konsertim ötən ilin oktyabrında Opera studiyasında olub. Yanvarın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında yeni konsertim olacaq. Həmin teatrın səhnəsi çox xoşuma gəlir. İndi həmin konsertə hazırlaşıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam