Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səttar Bəhlulzadənin ev-muzeyi: Kiçik qəsəbədən böyük dünyaya yayılan rənglər - REPORTAJ

Xalq rəssamının ad günü ərəfəsində AZƏRTAC-ın əməkdaşları sənətkarın Əmircandakı ata ocağını ziyarət ediblər

Bakı, 14 dekabr, Süleyman Qaradağlı, AZƏRTAC

Zəriflik haqqında təravətli nəğmə

Dolanbac kirəmidli küçələr dəmir darvazalı həyətə aparır. Həyətə girən kimi solda əncir, irəlidə pilləkənlə üzbəüz ətrafa qol-qanad atmış tut ağacı... Ona doğma olan bu həyətdə o vaxt bu ağaclar da var idimi? Demək çətindir. Amma ikinci mərtəbəyə qalxan bu pilləkən o vaxt da olub. Doğrudur, məhəccərləri, pillələrin üzlükləri indi daha müasirdir. Amma ev elə həminkidir...

O, bu həyətdə dünyaya salam verib, ilk dəfə bu həyətdə üst-başını toz-torpağa batırıb, uşaqlığını bu həyətdəki ağacların dibində itirib...

Hər səhər etüd çantasını əlinə götürüb bu pilləkənlərlə düşərək Xəzərin qayalara, qumlu sahillərə çırpılıb qayıdan sularını, şahə qalxan dalğaları doyunca seyr edib. Təkcə bu yerlərə layla çalan mavi Xəzəri yox, gülləri-çiçəkləri, bağ-bağçaları, dağları, qayaları, ətrafda nə varsa, hər şeyi. Axşamlar qayıdıb gələndə bu pilləkənlərlə evə qalxıb. Sonra onları arıq, uzun barmaqları ilə kətan üzərinə köçürüb. Mahir fırça ustasının yaratdığı ecazkar tablolar ona tamaşa edən hər kəsi heyran edib.

Xalq rəssamı Salam Salamzadə bu fikri necə də gözəl ifadə edib: “Səttarın tabloları Azərbaycan haqqında, onun gözəlliyi, zərifliyi, bərəkətliliyi haqqında həmişə təravətini saxlayan nəğmədir...”

Salam, Səttar dünyası!

İçəri qədəm basan kimi fırça ustasının siqaret çəkdiyi yerdə portreti asılıb. Sağ tərəfdə Pyotr Sabsayın müəllifi olduğu büstü, dostları, sənət yoldaşları ilə birgə çəkdirdiyi, eləcə də Moskvada təhsil aldığı illəri əks etdirən fotoşəkillər, rəssamın çəkdiyi mənzərələrin reproduksiyası, natürmort və qrafik işləri nümayiş olunur.

“Bu şəkildə Səttar babanın rəssam dostu Oqtay Sadıqzadənin bağ evinin divarı əks olunub. Ondan başqa Nəcəfqulu İsmayılov və Kamil Xanlarovun bağ evinin divarına da rəsm çəkib. Təəssüf ki, həmin rəsmlər divara çəkilib. Əgər onları kətan üzərində çəkmiş olsaydı, onun sənət xəzinəsində indiyədək yaşayardı”, - deyə Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru Pərzad Abdinova AZƏRTAC-a məlumat verir.

Pərzad Abdinova rəssamın bacısının nəvəsidir, ona nənəsinin adını veriblər. O, “Səttar Bəhlulzadənin əsərləri” mövzusunda elmi iş müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Səttar Bəhlulzadə anası Hökümə xanım bacısı ilə birlikdə ömrünün sonunadək bu evdə yaşayıb.

Birinci otaq

Burada hər şey onu xatırladır. Şkafda Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, impressionizmin banisi hesab olunan Səttar Bəhlulzadənin Azərbaycanın müxtəlif guşələrindən topladığı minerallar, daşlar, balıqqulaqları onun çox sevdiyi yadigarlardır. Onların hamısını öz əlləri ilə toplayıb, çünki o, bu torpağın, onun bəxş etdiyi gözəlliklərin vurğunu, məftunu idi.

Rəssamın qələmə aldığı gündəlikdə də bu barədə maraqlı fikirlər var. “Bu böyük bir aləmdir, özü də nağıldır, əfsanədir, bəlkə də röyadır, doğrudan da, Azərbaycan torpağı bir əfsanədir, bir röyadır”.

Torpağı, onun gözəlliklərini sevmədən bu əsərləri necə yaratmaq olar?!

İkinci otaq

İkinci otaq rəssamın emalatxanasıdır. Əslində o, öz əsərlərinin böyük bir hissəsini Nərimanov rayonundakı bazarın yanında, sonralar isə İnşaatçılar prospektindəki Rəssamlar evində yaradıb.

Tən ortada molbert qoyulub, palitra, fırçalar, boyalar, etüd çantası... Dünyanın nəhəng sərgi salonlarını Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana, Nyu-York, Moskva, Minsk, Bonn, İstanbul, Tiflis, Praqa və digər şəhərlərdə nümayiş olunan əsərlər məhz bu fırçaların, rənglərin vasitəsi ilə yaradılıb.

Sənətşünas Mürsəl Nəcəfov rəssamın əsərlərinə dəyər verərək deyib: “Bəhlulzadə sehrli fırçası ilə doğma diyarımızın gözəlliklərini - çiçəkli bağlarını və bərəkətli düzənlərini, başı qarlı dağlarını və sıldırım qayalarını canlandırır. Xalq rəssamının yüzlərlə mənzərəsində qaynar bir həyatın nəbzi duyulur. Bəhlulzadənin mənzərələri - gözəlliyin rəmzidir. Bu gözəlliyi seyr etdikcə insanın ürəyi fərəhlə döyünür, insan yaşamaq istəyir...”

Bir az küncdə dördkünc yazı stolu, güldan, ev əşyaları, kompozisiyalarda istifadə etdiyi etnoqrafik əşyalar, mis qablar, radioqəbuledici...

Bu radioqəbuledicidə fırça ustası kimlərə qulaq asıb, hansı musiqiləri dinləyib?

Üçüncü otaq

Növbəti yataq otağıdır. Hər axşam məşhur rəssamın ata ocağındakı yataq otağı gərgin iş günündən sonra onun yaradıcılıq axtarışlarına və romantik duyğularına qanad açıb.

Deyirlər ki, Səttar Bəhlulzadə “Neft daşları”nda olarkən neftçilər onun dəfələrlə gün çıxmamışdan estakada üzərində oturub işlədiyini görəndə bir-birindən soruşurmuşlar: “Görəsən bu rəssam nə vaxt yatır?”

Yataq otağında rəssamın yaşadığı illərdəki mebel, avadanlıq, televizor, ümumi mühit olduğu kimi qorunub saxlanılıb. Pəncərə önündə patefon və üzərində Əməkdar artıst Gülağa Məmmədovun ona bağışladığı plastinka...

Dördüncü otaq

Yataq otağından  sonra qonaq otağı gəlir. Burada da stol, stul, kreslo, şkaflar eynən məşhur rəssamın öz dövründə olduğu kimi saxlanılıb. Ona bağışlanan kitablar, əşyalar, divarlardan asılmış portretlər, televizor zamanın qanadlarını qıraraq adamı rəssamın yaşadığı dövrə aparır.

Bu otaq yəqin ki, onun ən xoş, sevincli günlərinin şahididir. Gələnləri həmişə burada qarşılayıb, bu stullarda əyləşib, onlarla həmsöhbət olub. Özünün neçə ad gününü dostları, sənət yoldaşları ilə bərabər hər cür dəbdəbədən uzaq bu otaqda keçirib. Doğma övladı kimi sevib əzizlədiyi bacısı oğlu Rəfaelin 15 yaşını qohum-əqrəba, dost-tanışla birlikdə burda qeyd edib.

Zal

Ev-muzeyindəki kiçik otaqların qarşısındakı zalda Səttar Bəhlulzadəyə göndərilən məktublar, rəssamın əsərlərindən ibarət müxtəlif dillərdə dərc olunan kataloqlar, nəqliyyat vasitələrinə, elektrik qatarına minmək üçün istifadə etdiyi biletlər, öz əlləri ilə yazdığı gündəlikdən səhifələr, sənət dostu Maral Rəhmanzadə, kimyaçı professor Həbib Məmmədəliyev, partiya işçisi Pyotr Yelistratov və sənətşünas Qriqoriy Anisimovun ona ünvanlanan məktubları, həmkarları Mikayıl Abdullayev və Tahir Salahovun təbrik teleqramları, rəssamın fərdi sərgisinə dəvətnamələr, şəxsi sənədləri və tarixi əhəmiyyət kəsb edən eksponatlar nümayiş etdirilir. Əlbəttə ki, yenə də etüd çantası, palitra və fırçalar...

 

Divarlarda “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazar düzü” və başqa məşhur əsərlərin reproduksiyası asılıb. Rəssam şəxsi gündəliyində yazırdı: “Dağlar isə elə bil ki, məxmər xalçadır, üzərindəki bu rəngarəng güllər onun nəqşləridir. Şamaxıya qədər gedən yol boyunca dağlar və çiçəklər dəyişir və cürbəcür koloritə girir”.

Həmişə bizimlə qalan gözəllik

Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə yaradıcılığı boyu çox əsərlər çəkib. Onun ayrı-ayrı fondlarda saxlanılanı da var, ev-muzeyində qorunanı da. Rəssam təxminən 1000-ə yaxın rəsm əsərlərinin xeyli bir hissəsini dost-tanışa bağışlayıb. Onun 18 əsəri Dövlət Rəsm Qalereyasında, 10-u Tretyakov qalereyasında, 13-ü Şərq Xalqları muzeyində, qalanları Milli İncəsənət muzeyində saxlanılır. Bir hissəsi isə burdadır.

Ev-muzeyinin birinci mərtəbəsində divarda rəssam haqqında tanınmış şəxsiyyətlərin fikirləri əks olunub. Həmin fikirlərdən biri də Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Görkəmli sənətkarın adına bir rəssamlıq mərkəzi açmalıyıq. Səttar Bəhlulzadə muzeyi yaratmalıyıq. Doğrudur, onun yaşadığı evdə ev-muzeyi var. Bu, təbiidir və vaxtilə yaranıbdır. Biz onu qoruyub saxlamalıyıq. Amma mən muzey deyəndə Səttar Bəhlulzadənin əsərlərindən ibarət daimi muzeyin yaranmasını nəzərdə tuturam. Çünki rəssamın həm həyatı, həm də yaradıcılığı, əsərləri, mədəni və mənəvi irsimizi xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir, məktəbidir. Xalqımızın estetik tərbiyəsini daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin əsərlərindən istifadə etməliyik. Ona görə də belə bir mərkəzin, belə bir muzeyin yaranması çox zəruridir”.

Muzeydən ayrılıb həyətə açılan dəmir darvazanı örtərək yenidən kirəmidli küçələrə çıxırıq. Səttar fırçasının yaratdığı gözəlliklər isə bizimlə qalır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib