Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilib. Bu vəzifəyə qurumun hazırkı sədri Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi yenidən təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ AHİK-in dekabrın 20-də keçirilən növbədənkənar VI qurultayının gündəliyinə daxil edilib.
Qurultay iştirakçıları Səttar Möhbalıyevin yenidən AHİK-in sədri seçilməsi üçün yekdilliklə səs veriblər.
Qurultayda, həmçinin reqlamentə uyğun olaraq, qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri də təsdiq olunub.
Qeyd edək ki, Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini 1993-cü ildən icra edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]