Səudiyyə Ərəbistanının Abha Beynəlxalq Aeroportuna dron hücumu nəticəsində bir təyyarə yanıb
Qahirə, 10 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Abha Beynəlxalq Aeroportuna dronlarla hücum nəticəsində bir sərnişin təyyarəsi yanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin rəsmi SPA informasiya agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, raketdaşıyan dronlar Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qoşunlarına qarşı döyüşən hutsi qiyamçıları tərəfindən buraxılıb.
Ər-Riyad mülki obyektə qarşı bu hücumu “müharibə cinayəti” adlandırıb və koalisiya qüvvələrinin komandanlığı ilə bu hücuma layiqli cavab veriləcəyini açıqlayıb.
İnsident nəticəsində itkilər barədə məlumat verilmir.
Ötən gün də Səudiyyə Ərəbistanının silahlı qüvvələri hutsilərin mülki obyektlər istiqamətində buraxdığı iki dronun məhv edildiyi barədə məlumat yayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]