Sevil Nuriyeva: Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyənin Afrikadakı fəaliyyəti gələcəyimiz üçün bir investisiyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalist Sevil Nuriyeva “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə söyləyib.
O qeyd edib ki, Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyadakı fəaliyyəti Türk dünyasının birliyini yenidən gündəmə gətirdi, həmin dövlətləri fəallaşdırdı. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, Türk dünyasının birliyi vacib əhəmiyyətə malikdir.
Jurnalist, həmçinin bildirib ki, Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir. Ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyi və güclənməsi çox önəmlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]