“Şəxsi inkişafın qızıl qaydaları” mövzusunda onlayn seminar keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Şəxsi inkişafın qızıl qaydaları” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Ceyhun Yahyayev şəxsi inkişafın qızıl qaydaları və onun bizə qazandırdığı keyfiyyətlər, karyera planlamalarında uğurlu addımlar atmanın yollarından bəhs edib.
Qeyd edib ki, ilkin olaraq kariyeramızı seçməli, həmin sahədə yaxşı mütəxəssis olmaq üçün nələri öyrənməliyik, bunları təyin edib bu istiqamət üzrə özümüzü inkişaf etdirməliyik.
Sonda Ceyhun Yahyayev gənclərin suallarını cavablandırıb.