Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasına gələn il başlanılacaq
Bakı, 7 dekabr, AZƏRTAC
Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində işlərə gələn il başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, yaponiyalı mütəxəssislər, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra orqanları ilə razılıq əldə olunub. Yəqin ki, yazda bu işlərə başlanılacaq.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyib ki, seysmik mikrorayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək. Xəritədə, həmçinin seysmik risklər də qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:31]