SİETL ABŞ-IN ƏN ÇOX MÜTALİƏ EDƏN ŞƏHƏRİDİR
Qalibi müəyyən etmək üçün 6 meyar əsas götürülmüşdür: qəzetlərin tirajı, adambaşına kitab mağazalarının sayı, şəhərin kitabxana fondunun və ondan istifadənin həcmi, nəşr olunan jurnalların sayı, savadlılıq səviyyəsi və İnternetdən istifadə. Sonuncu meyar bu ildən nəzərə alınır. Məhz İnternetdən istifadənin həcmi Sietlə birinci yer tutmağa imkan vermişdir.
İkinci yeri Minnesota ştatının Minneapolis şəhəri, üçüncü yeri isə Vaşinqton tutmuşdur.