“Sığortaçılar liqası”nın qrup oyunları başa çatıb
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının qrup oyunları başa çatıb. A qrupunda mübarizə aparan komandalardan Maliyyə Bazarlarına Nəzarət Palatası bütün oyunları qələbə ilə başa vuraraq 12 xalla A qrupunun lideri, “AtaSığorta” isə 9 xalla qrup ikincisi kimi yarım finala adlayıb.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, B qrupunda isə keçirilən oyunların yekununda 10 xal toplayan “Paşa Həyat Sığorta” qrup birincisi və yalnız bir top fərqi ilə ikinci pillədə qərarlaşan “Paşa Sığorta” şirkətinin komandaları yarımfinal oyununa vəsiqə əldə ediblər.
“Sığortaçılar liqası” üzrə futbol çempionatı çərçivəsində yarımfinal oyunları Maliyyə Bazarlarına Nəzarət Palatası - “Paşa Sığorta”, “AtaSığorta” - “Paşa Həyat Sığorta” şirkətlərinin komandaları arasında keçiriləcək və bu oyunların nəticələrinə əsasən çempionatın finalçıları müəyyənləşəcək.
“Sığortaçılar liqası” üzrə futbol çempionatının turnir cədvəli aşağıdakı kimidir:

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]