Silahlı Qüvvələrdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növlərinin, Əlahiddə Ümumqoşun Ordusunun, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibətilə keçirilən mərasimlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular bölgələrdə Heydər Əliyev mərkəzlərini, eləcə də Ulu Öndərin abidələrini ziyarət edib və dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.