Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başa çatıb
Bakı, 3 iyun, AZƏRTAC
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhra təlimində Silahlı Qüvvələrin 700-dək şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.
Taborun qiymətləndirilməsi çoxmillətli heyət tərəfindən aparılıb və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.