Şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Qax, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 2-3 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Yollar açıq olduğundan nəqliyyatın hərəkətində də heç bir çətinlik yaranmayıb.