Şimal-qərb bölgəsinin qoruqları arasında əməkdaşlıq əlaqələri genişlənir
Qəbələ, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii, İlisu Dövlət Tarix-Mədəniyyət və Zaqatala Tarix-Mədəniyyət qoruqları arasında bağlanmış qarşılıqlı əməkdaşlıq memorandumunun icrası ilə əlaqədar İlisu və Zaqatala qoruqlarının direktorları təcrübə mübadiləsi məqsədilə Qəbələ qoruğunda olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.
Görüşdə diqqətə çatdırılıb ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət zəminində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır. Həmçinin qoruq ərazilərində olan tarixi abidələrin vəziyyəti, bərpası və konservasiyası, qoruqların təbliğat və təşviqat işlərinin aparılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda eksponatlarla tanış olublar.