Şimal-qərb regionu üzrə 15 min 700 abunəçi GPON texnologiyasının xidmətlərindən istifadə edir
Zaqatala, 8 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC-nin dəstəyi ilə Zaqatala rayonunda GPON şəbəkəsinin qurulması işlərinə başlanılıb.
MMC-nin Şimal-Qərb Regional Filialının müdiri Həsən Ömərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə bu ilin sonunadək rayon mərkəzində GPON şəbəkəsinin qurulması planlaşdırılıb. Eyni zamanda, filialın xidməti ərazisinə daxil olan Balakən, Qax, Şəki və Oğuz rayonlarında da müasir texnologiyalara əsaslanan optik şəbəkənin tikintisi işləri davam etdirilir. Ümumiyyətlə, hazırda region üzrə 15 min 700-dək abunəçi GPON texnologiyasının xidmətlərindən istifadə edir.
Qurumun rəsmisi bildirib ki, layihənin əsas məqsədi abunəçiləri dayanıqlı rabitə xidmətləri ilə təmin etmək və müştəri məmnunluğunu qazanmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:48]
Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb
- 12.06.2026 [12:28]