Şimalı İrlandiyada Xocalı soyqırımı qurbanları yad edilmişdir
London, 27 fevral (AZƏRTAC). Şimali İrlandiyada təhsil alan azərbaycanlı tələbələr ölkəmizin Böyük Britaniya və Şimalı İrlandiya krallığındakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Amerika, Fransa, Böyük Britaniya, Çin, Türkiyə, Qazaxıstan, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrdən tələbələr iştirak etmişlər.
Azərbaycanlı tələbələr adından çıxış edən Aqil Əzizov Dağlıq Qarabağ həqiqətləri, tarixi faktları, erməni təcavüzü və onun ağır nəticələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafiq qətnamələrinə Ermənistan tərəfindən hələ də əməl edilmir.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı həqiqətlərini əks etdirən videomaterial nümayiş etdirilmiş, bukletlər paylanılmışdır.
Sonda xatirə şəkilləri çəkilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]