ŞİMALİ KOREYA BALLİSTİK RAKET YARADILMASI İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
Qərbdə şərti olaraq “Tepxodon-2” adlandırılan yeni raketin mühərrik sisteminin sınaqları 2004-cü ildən başlanmış və indi uğurla keçirilmişdir. İkipilləli variantda onun uçuş məsafəsi 3,5-6 min kilometrdir və Alyaskayadək uça bilər. Daha bir pillə əlavə edilərsə, “Tepxodon-2”nin uçuş məsafəsi 10,5 min kilometrə çatdırılacaq və o, ABŞ-ın əsas ərazisindəki hədəfləri vura biləcəkdir. Lakin bu raketin gücləndirilmiş variantının nə dərəcədə hazır olduğu hələlik məlum deyildir.
1998-ci ildə Pxenyan özünün ən güclü raketinin – “Tepxodon-1”in əvvəlki modifikasiyasını sınaqdan çıxarmışdır. Onun birinci pilləsi Yapon dənizinə, ikincisi isə Yaponiya üzərindən uçaraq, Sakit okeana düşmüşdür.
Mayın 19-da xəbər yayılmışdır ki, peyk kəşfiyyatı KXDR-in Musudan burnundakı əsas raket poliqonunda starta hazırlıq görüldüyünü qeydə almışdır. ABŞ mənbələri bildirmişlər ki, oraya 35 metr uzunluğunda raket gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]