Şimali Koreya bu il bir neçə kəşfiyyat peyki buraxmaq niyyətindədir
Bakı, 1 aprel, AZƏRTAC
Şimali Koreya kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir və bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Dövlət Kosmik Administrasiyasının direktor müavini Park Kyunq-su deyib.
“Keçən il “Mulliqan-1” kəşfiyyat peykinin uğurla buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və bu il daha bir neçə peykin orbitə buraxılması gözlənilir”, - deyə direktor müavini qeyd edib.
Onun sözlərinə görə, kosmik sənayenin inkişafı Şimali Koreya üçün çox vacibdir, çünki bu, qüdrətli dövlət yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]