Sinoptiklərdən xəbərdarlıq: Anomal istilər geri qayıdır
Bakı, 10 iyul, AZƏRTAC
Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, iyulun 11-dən 13-dək ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.
İyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40° isti olacağı bildirilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək uzun müddət Günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir. Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]