Siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 15 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından “Dong Feng” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar. Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4000 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]