ŞİRKƏT BİOLOJİ MÜXTƏLİFLİYƏ DAİR KONVENSİYAYA ÖZ TÖHFƏSİNİ VERİR
Şirkət 5 Xəzəryanı ölkəni əhatə edən Xəzər Ekologiya Proqramı çərçivəsində Xəzərin regional ekoloji məsələlərinə və Xəzər Biomüxtəliflik Konvensiyasının işlənib hazırlanmasında yaxından iştirak etmişdir.
Qeyd edək ki, BMT tərəfindən 1992-ci il iyunun 12-də Braziliyanın Rio-de-Janero şəhərində “Bioloji müxtəliflik haqqında” Konvensiya qəbul edilmişdir. Bu konvensiya Azərbaycan Respublikası hökuməti tərəfindən imzalanmış və 2000-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuşdur. Artıq bu gün 180-dən çox ölkə bu Konvensiyaya qoşulmuşdur.