ŞİRKƏTLƏRDƏ HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARIYARADILIR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, eləcə də birgə müəssisələrdə çalışan fəhlələrin hüquqlarının müdafiəsi ilə bağlı xeyli iş görmüşdür. Son bir neçə ay ərzində neft şirkətləri də daxil olmaqla 30-dan artıq şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Bu təşkilatlar həmin şirkətlərdə çalışan fəhlələrin sosial müdafiəsi, hüquqlarının qorunması və digər məsələlərin həllində mühüm rol oynayacaqdır. Yaxın vaxtlarda digər iri şirkətlərdə də həmkarlar ittifaqı təşkilatları yaradılacaqdır.