Siyəzəndə iki polis dəm qazından boğularaq ölüb
Siyəzən, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq öldükləri məlum olub.
“Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı verir, səbir diləyirik”, - deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]