Siyəzəndə yük qatarının vaqonları relsdən çıxaraq aşıb
Siyəzən, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonu ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarının vaqonları relsdən çıxaraq aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zarat stansiyasının yaxınlığında baş verən hadisə zamanı relsdən çxaraq aşan 5 vaqon taxta ilə yüklü olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və başqa əlaqədar dövlət qurumların nümayəndələri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.