Snayperlərin praktiki atış bacarıqları yoxlanılır
Bakı, 27 may, AZƏRTAC
Silahlı Qüvvələrin 2017-ci ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.
Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [12:00]