“SOCAR Energy Georgia” ilin investor şirkəti adına layiq görülüb
Tbilisi, 2 iyul, AZƏRTAC
SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” ilin investor şirkəti adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın “Georgian Times” media holdinqi “Biznes reytinq XXI” mükafatının qaliblərini elan edib. Münsiflər heyətinin qərarı ilə “SOCAR Energy Georgia” ilin investor şirkəti nominasiyasının qalibi olub.
Şirkətin nümayəndəsi İrakli Zubitaşvili mükafat üçün münsiflər heyətinə və gərgin əməyinə görə şirkətin əməkdaşlarına minnətdarlığını bildirib. O deyib ki, bu mükafat “SOCAR Energy Georgia” şirkətinə əlavə stimul və motivasiya verəcək.
Qeyd edək ki, 2006-cı ildə yaradılan “SOCAR Energy Georgia”nın əsas fəaliyyət istiqamətləri neft məhsullarının idxalı və satışıdır. Şirkət Gürcüstanda müxtəlif önəmli sosial layihələr reallaşdırır, xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.
Şirkət daha bir neçə nominasiya üzrə qalib seçilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]