SOFİYADA AZƏRBAYCAN-BOLQARISTAN BİZNES-FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 29-30-da Bolqarıstanın paytaxtı Sofiyada ikigünlük Azərbaycan-Bolqarıstan biznes-forumu keçiriləcəkdir.
Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, forumla yanaşı Sofiyada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının növbəti iclası da keçiriləcəkdir.
İclasda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üzrə sazişlər və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaqdır. Bununla yanaşı, Nabukko layihəsi ilə bağlı məsələ də nəzərdən keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]