Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub VİDEO

Sofiya, 31 may, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiyada Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində səfir Nərgiz Qurbanova “AXC-nin yaradılması və 1991-ci ildə müstəqilliyin yenidən bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib.

Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının sədri general Zlatan Stoykov Azərbaycan tarixi barədə dərindən məlumat əldə etmək imkanı yaratdığına görə səfir N.Qurbanovaya təşəkkürünü bildirib, səfirliyin bu təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib. Belə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edən general rəhbərlik etdiyi İttifaq ilə səfirlik arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib.

Səfir N.Qurbanova cari ildə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan AXC-nin yaradılmasının 100-cü ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin yaradılmasının xalqımızın tarixində şanlı səhifələrdən biri olduğunu bildirib. O, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib. AXC-nin öz mövcudluğu ərzində genişmiqyaslı demokratik islahatlara imza atdığını vurğulayan səfir 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ verərək Cümhuriyyətin bu məsələdə də bir çox dövlətlərə öncüllük etdiyini qeyd edib.

N.Qurbanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək qeyd edib ki, biz haqlı olaraq qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub, bu gün də bu demokratik ənənələr davam edir. Diplomat Azərbaycan xalqının yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu söyləyərək, cari ildə Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, operasının 110 illik yubileylərinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğu barədə söz açıb.

Sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın daim müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkan olduğunu söyləyən səfir bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə, qlobal və regional səviyyədə beynəlxalq münasibətlərə böyük töhfələr verməsindən bəhs edib.

AXC-nin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğu bildirən N.Qurbanova müstəqilliyimizin ilk illərinin çox ağır bir duruma təsadüf etdiyini təəssüf hissi ilə qeyd edib. Səfir tarixən erməni millətçilərinin Azərbaycan torpaqlarına göz tikməsi, onların əsrlərboyu Ermənistanda yaşayan soydaşlarımızı zorla deportasiya etməsi, ölkəmizə qarşı hərbi təcavüz edərək ərazimizin 20 faizini işğal etməsi və bunun nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə həmvətənimizin, o cümlədən uşaqların, qadınların və yaşlıların ölümünə səbəb olması barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir, həmçinin qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, son 25 il ərzində Azərbaycan çox uğurlu inkişaf yolu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrilib. O, bu uğurlu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu və daha sonra həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini əlavə edib.

Daha sonra səfir Azərbaycanın bir çox irimiqyaslı layihələrə imza atması, ölkəmizin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviq edilməsi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.

N.Qurbanova bütün bunların ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu vurğulayaraq, ölkəmiz üçün çətin bir dövrdə Heydər Əliyev kimi təcrübəli siyasətçi və dövlət xadiminin xalqın iradəsi ilə yenidən 1993-cü ilin iyun ayında hakimiyyətə gələrək və bu mürəkkəb vəzifəni üzərinə götürərək Azərbaycanı çətin durumdan çıxardığını qeyd edib. O, cari il mayın 10-da bu dahi şəxsiyyətin anadan olmasının 95 illiyinin qeyd edilməsindən və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılmasından söz açıb.

Azərbaycan və Bolqarıstan arasında dostluq əlaqələrinə toxunan səfir 2015-ci il martın 4-də Prezident İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırlayıb. O, ölkələrimiz arasında həm energetika sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu əlavə edib. Diplomat son nailiyyətlərdən biri kimi, bu il yanvarın 16-dan etibarən fəaliyyətə başlamış və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava əlaqəsini nümunə göstərib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə yanaşı, İslam dünyasındakı rolu və nüfuzundan da bəhs edən N.Qurbanova ölkəmizin 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi barədə məlumat verib. O, şəhərin İslam mədəniyyətinin paytaxtı adına layiq görülməsinin Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsi olduğunu əlavə edib.

Səfir tədbirdə nümayiş olunan “Əbədi ezamiyyət” sənədli filmi ilə bağlı bildirib ki, sözügedən film AXC-nin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mücadilənin tarixi əks olunub.

Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra ziyafət təşkil edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu