Sol və sağ partiyalar İspaniya parlamentdə eyni sayda yer qazanır
Bakı, 24 iyul, AZƏRTAC
İspaniyada keçirilmiş növbədənkənar ümumi seçkilərlə əlaqədar bülletenlərin 62,3 faizi hesablanıb. Bu nəticəyə əsasən sol və sağ partiyalar İspaniya parlamentində təxminən eyni sayda yer qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə krallığın hökuməti məlumat yayıb.
Beləliklə, 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) əsas müxalifət qüvvəsi - mühafizəkar Xalq Partiyası 131 yer alır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (128 yer) gəlir. İfrat sağçı “Vox” partiyası 33, solçu “Sumar” hərəkatı isə 30 yer alır.
Seçki bülletenlərinin sayılması davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]