Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib
Qahirə, 7 fevral, AZƏRTAC
Somali Nazirlər Kabinetinin həftəlik iclasında Azərbaycanla imzalanmış təhsil və enerji sahələrini əhatə edən iki əməkdaşlıq sazişi təsdiqlənib. İclas Baş nazirin müavini və Baş nazir vəzifələrinin icraçısı Saleh Əhməd Camenin sədrliyi ilə keçirilib.
AZƏRTAC Somali Milli Xəbər Agentliyinə (SOMA) istinadla bildirir ki, qeyd olunan sənədlər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsinə, Somalidə təhsil və enerji sektorlarının inkişafına dəstək verilməsinə, eləcə də peşə təlimi proqramlarının yaxşılaşdırılmasına və somalili kadrların təcrübə və bacarıqlarının artırılmasına yönəlib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]