SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.
Anım tədbiri agentlikdə də davam etdirilib. Xocalı soyqırımına həsr olunan tədbirdə faciə zamanı doğmalarını itirən şəhər sakini İman Allahverdiyev üzləşdiyi məhrumiyyətlər, həmin hadisələr zamanı başına gələnlər barədə danışıb.
Sonra Xocalı faciəsindən bəhs edən “Edam kötüyü” sənədli filmi nümayiş olunub.
Agentliyin regional idarələrində də faciənin ildönümü ilə bağlı tədbirlər keçirilib.