Son 20 ildə radioelektron vasitələrinin sayı 2 dəfə artıb
Bakı, 17 yanvar, AZƏRTAC
Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 2003-2023-cü illər ərzində ölkə ərazisində radiotezlik resursundan istifadəyə icazələrin alınması, radioelektron vasitələrinin (REV) qeydiyyatının sadələşdirilməsi, icazəsiz istifadə hallarının qarşısının alınması, eləcə də istifadədə olan REV-lərə nəzarətin təmin olunması məqsədilə qanunvericilik, texniki və iqtisadi istiqamətlər üzrə məqsədyönlü və əhəmiyyətli tədbirlər görülüb. Görülmüş bütün tədbirlər nəticəsində qeydiyyatda olan REV-lərin sayı 2 dəfə artıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, respublikada qeydiyyatda olan REV-lərin sayı 2003-cü ildə mövcud 31,000 ədəddən hazırda 62,728 ədədə çatıb.
Həmçinin son dövrlərdə PMR 446 analoq və rəqəmsal əldədaşınan radiostansiyalardan istifadənin asanlaşdırılması və qısa müddətdə qeydiyyatının təmini üçün 446.000-446.100 MHs tezlik zolağının istifadəçilərə ayrılması proseduru sadələşdirilib və həmin radiostansiyalar üçün xüsusi icazənin alınması tələbi aradan qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]