Son beş il ərzində meşə ərazilərində 176 yanğın hadisəsi baş verib
Bakı, 14 sentyabr, AZƏRTAC
2017-2022-ci illər ərzində meşə ərazilərində 176 yanğın hadisəsi baş verib və təxminən 2200 hektar ərazini əhatə edib.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Bu il yanğınlar 650 hektara qədər ərazini əhatə edib. Yanğının əhatə etdiyi ərazilərdə məhv olmuş ağacların qeydiyyatı aparılır. Dəymiş ziyan müəyyənləşdiriləndən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə X.Hüseynov deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]